SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı əfv edilib

SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı əfv edilib Əvf olunanlar sırasında "Nida" Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var
Daxili siyasət
18 Mart , 2015 18:33
SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı əfv edilib

Bakı. 18 mart. REPORT.AZ/ Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunanlar sırasında bir sıra tanınmış şəxslər də var. 

"Report" xəbər verir ki, bunlar Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı və "Nida" Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadədir. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. 

Son xəbərlər

Orphus sistemi