Bakı. 14 dekabr. REPORT.AZ/ "Müsavat Partiyasının mitinqinə 300 nəfərə yaxın şəxs qatılıb. Onlarların bugünki aksiyası bir daha göstərdi ki, artıq onların Azərbaycan cəmiyyətində hörməti də qalmayıb".
Bu sözləri “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.
“Guya mitinqlərə hazırlıqla bağlı müxtəlif bəyanatlar verirdilər ki, beynəlxalq təşkilatları bu işlərə cəlb edib onlardan maliyyə alsınlar, amma göründüyü kimi insanların onlara inamı yoxdur”, - deyə o əlavə edib.
S.Novruzov bildirib ki, Müsavat partiyasının elektoratı mitinqə gələnlərdən ibarətdir:
“Müsavat partiyasının daxilində ziddiyətlər var. Bütün bunlar həm partiyanın parçalanması, həm cəmiyyətin artıq bu partiyalara etimadının olmaması, partiya daxilində islahatların aparılmaması, yeniliyin gətirilməməsindən irəli gəlir. Elə buna görə də Müsavat Partiyasının mitinqinə gələn olmayıb”.