Siyavuş Novruzov: Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi

Siyavuş Novruzov: Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi.
Daxili siyasət
21 May , 2024 12:28
Siyavuş Novruzov: Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi

Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin mayın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, ümumilikdə insan alverinin yaranma mənbəyi üçün əsas şərait yoxsulluq, iqtisadi çətinlik və müharibələrdir: “Biz də bunun şahidi olmuşuq və görürük. Çünki vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi. Həmin mənbə ləğv olundu, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi və bu gün orada genişmiqyaslı tikinti quruculuq işləri həyata keçirilir”.

S.Novruzov vurğulayıb ki, bu gün dünyada baş verən müharibələr nəticəsində hadisələr insan alverinin artmasına səbəb olur və bu da istər-istəməz dolayısı ilə Azərbaycana da təsir göstərir. Hüquq-mühafizə orqanları da bu sahədə mühüm işlər görür.

"Digər ölkələrdən fərqli olaraq Azərbaycanda insan alverinin xüsusi forması da siyasi alverdir. Hesab edirəm ki, buna qarşı ciddi mübarizə aparmalıyıq. Bəzi şəxslərin adlarını siyasi məhbus kimi siyahıya salaraq istər "Milli Şura" rəhbərliyi, istərsə də xaricdə oturan bloger və hüquq-mühafizə təşkilatları gəlir əldə edirlər. Heç bir siyasi fəaliyyətlə məşğul olmayan, heç bir partiyanın üzvü olmayan şəxslərə arayış satılır, onların guya siyasi baxışlara görə sıxışdırılması şousu yaradılır və xaricə getmələri üçün viza yardımı göstərilir. Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə şəkil çəkdirir, bunu mitinq kimi təqdim edir, guya onu həbs ediblər, işgəncələr veriblər. Hamısı da ali təhsili olmayan oğrulardır. Bunlara qarşı ciddi mübarizə aparılmalıdır", - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi