Siyavuş Novruzov: "Valyutadəyişmə məntəqəsinin açılması üçün tələb olunan depozit düzgün qərar deyil"

Siyavuş Novruzov: "Valyutadəyişmə məntəqəsinin açılması üçün tələb olunan depozit düzgün qərar deyil" "Valyutadəyişmə məntələqlərinin ləğvi ilə “qara bazar” yarandı"
Daxili siyasət
25 Aprel , 2017 13:29
Siyavuş Novruzov: Valyutadəyişmə məntəqəsinin açılması üçün tələb olunan depozit düzgün qərar deyil

Bakı. 25 aprel. REPORT.AZ/ "Valyutadəyişmə məntələqlərinin ləğvi ilə “qara bazar” yarandı. "Qara bazar"da da vətəndaşlar aldadılır. Vətəndaş bundan əziyyət çəkir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib.

O, valyutadəyişmə məntəqələrinin bağlanmasına etirazını bildirib: “Axı bu var idi, sadəcə, təkmilləşdirmək olardı. Yenidən velosiped kəşf etməyə nə ehtiyac vardı ki?! 

Bazar günləri bir neçə valyutadəyişmə məntəqələri fəaliyyət göstərir. Qarşısında da növbə olur. Məntəqələrin ləğvi nə üçün edilirdi, bunun nəyi ziyan ola bilərdi? Biri bunu izah etməlidir. Valyutadəyişmə məntəqəsinin açılması üçün tələb olunan depozit düzgün qərar deyil. Çünki məntəqəni işlədənin gəliri müxtəlif ola bilər. Onda gərək göyərti satandan da bankda depozitinin olmasını tələb edək”.

Son xəbərlər

Orphus sistemi