Yuxarı

Siyavuş Novruzov: "Sabah İŞİD gəlsə, bizə əsgər lazım olacaq, bəstəkar yox"

Kitabların qalın olmasına baxmayaraq, içi boşdur

Bakı. 19 noyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında məktəblərdə idman və hərbi dərslərin bərpa olunması təklifi ilə çıxış edib. “Report”un xəbərinə görə, deputat bildirib ki, bu gün ölkədə təhsil alan oğlanların 20 faizi ordunun tələblərinə cavab vermir: “Ümumi fiziki hazırlıqla bağlı məktəblərdə imtahan verilməlidir. Biz kişi yetişdiririk. Bizə hazırda əsgər lazımdır. Sabah İŞİD gələrsə, bizə əsgər lazımdır, bəstəkar yox. Bu gün hər kənddən bir silah çıxır. Cavanlarımız həmin silahın növünü bilməlidir. Bu yaxınlarda mənə xarici vətəndaş dedi ki, sizdə kitab yox, məhz adam öldürmək üçün soyuq silah hazırlanır. Kitabların üzlüklərini qalın edirlər ki, kimin başına vursalar, gərək həmin adam ölsün. Kitabların qalın olmasına baxmayaraq, içi boşdur”.

O həmçinin deyib ki, siyasi partiyalara ayrılan dövlət vəsaitinin məbləği artırılmalıdır: “Bəlkə bundan sonra onların qırışı açılar”.

Spiker Oqtay Əsədov isə millət vəkili Siyavuş Novruzovun çıxışına cavab olaraq deyib ki, siyasi partiyaların sayı artdıqca onlara ayrılan maliyyə vəsaitinin də həcmi çoxalacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi