Siyavuş Novruzov: "Nardaranda toplananlar terror aktlarının həyata keçirilməsi və insanlarda xof yaradılması üçün hazırlanmış qrupdur"

Siyavuş Novruzov: "Nardaranda toplananlar terror aktlarının həyata keçirilməsi və insanlarda xof yaradılması üçün hazırlanmış qrupdur" "Onlar Azərbaycanın ayrı-ayrı regionlarından və bölgələrindən gələn və başqa ölkənin ərazisində təlim keçənlərdir"
Daxili siyasət
1 Dekabr , 2015 13:34
Siyavuş Novruzov: Nardaranda toplananlar terror aktlarının həyata keçirilməsi və insanlarda xof yaradılması üçün hazırlanmış qrupdur

"Din xadimlərinin əlində "Quran" olar, avtomat, qumbara yox"

Bakı. 1 dekabr. REPORT.AZ/ "Hər bir Azərbaycan vətəndaşı qanunvericiliyin tələblərinə əməl etməlidir. Kəndlər arasında ayrı-seçkilik etmək olmaz və qanunun aliliyini hamı qorumalıdır. Dövlət hər kəsindir və vərəndaşlar üçün də lazımi addımları atır, sosial və digər problemləri həll edir ki, bu da adekvat olmalıdır". 

"Report" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.

Nardaran hadisələri haqda danışan komitə sədri bildirib ki, dövlət bu addımları atırsa, bu o demək deyil ki, kimdənsə və ya hansısa kənddən çəkinir: "Din xadimlərinin əlində "Quran" olar, avtomat, qumbara yox. Bu dini məsələ yox, sırf təhlükəsizlik məsələsidir. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, Azərbaycandakı ictimai-siyasi sabitlik qorunsun. Vətəndaşlar qanundan sui-istifadə etməsinlər. Bu hadisələri kriminaldan daha böyük hadisə kimi qiymətləndirmək lazımdır".

S.Novruzov bildirib ki, Nardaranda xüsusi ixtisaslaşdırılmış və hazırlaşdırılmış dəstələrdən söhbət gedir: "Onların böyük əksəriyyətinin hətta Nardarana heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycanın ayrı-ayrı regionlarından və bölgələrindən gələn və başqa öllkənin ərazisində təlim keçənlərdir. Onlar sırf terror aktlarının həyata keçirilməsi və insanlarda xof yaradılması üçün hazırlanmış qrupdur. Onların planları digər ölkələrdə olan terror aktlarının həyata keçirilməsi, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlərin təşkil olunması, dövlətin əsas fundamental konstitusion quruluşunun dəyişdirilməsidir". 

Onun sözlərinə görə, Nardaranda baş verən hadisələrlə əlaqədar "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər ediləcək: "Digər qanunvericilikdə də ciddi dəyişikliklər olmalıdır. Hər bir kəs bilməlidir ki, kim azad şəkildə dinə xidmət edirsə bütün məscidlərin qapısı onlara açıqdır. Məscidləri özləri üçün təşkilat qurmaq üçün istifadə edənlərə icazə verilməyəcək. Növbəti iclasda bu məsələ müzakirə olunacaq".

Son xəbərlər

Orphus sistemi