Yuxarı

Siyavuş Novruzov: "Müsavat Partiyasının mitinqi 10-15 nəfərdən ibarət toplantı idi"

Onlar mitinq keçirməklə Sərbəst toplaşmaq azadlığı haqqında qanunu və Seçki Məcəlləsini pozublar

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Müsavat Partiyasının mitinqi çox zəif keçib. Bu, mitinq yox, 10-15 nəfərdən ibarət toplantı idi".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Müsavat Partiyasının sentyabrın 18-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur: "Onlar mitinq keçirməklə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu və Seçki Məcəlləsini pozublar. Bununla belə onlar keçirdikləri mitinqlərdə primitiv fikirlər səsləndirirlər. Çıxışlarında yalnız Yeni Azərbaycan Partiyasından danışırlar. Görünür, onlar YAP-ın həndəvərindən o tərəfə gedə bilmirlər".

YAP rəsmisi vurğulayıb ki, həm Milli Şuranın, həm də Müsavat Partiyasının mitinqlərində eyni mövzu ətrafında çıxışlar edilib: "Ortaya yeni fikir qoya bilmirlər. Bu da onların zəifliyini göstərir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi