Siyavuş Novruzov: "Milli Şura mitinq deyil, şou təşkil etmişdi"

Siyavuş Novruzov: "Milli Şura mitinq deyil, şou təşkil etmişdi" “Əbülfəz Qurbanlını ortaya salmışdılar, bu, biabırçılıq idi”
Daxili siyasət
15 Mart , 2015 17:55
Siyavuş Novruzov: Milli Şura mitinq deyil, şou təşkil etmişdi

Bakı. 15 mart. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın mitinqinə münasibət bildirib.

S.Novruzov “Report”a açıqlamasında deyib ki, Milli Şura mitinq deyil, şou təşkil edib: “Bu mitinq deyildi, sadəcə, şou təşkil etmişdilər. Orada oxuyurdular, oynayırdılar, buna mitinq demək olmaz ki... Əli Kərimli də, Cəmil Həsənli də səsini çıxarmırdı. Əbülfəz Qurbanlını ortaya salmışdılar. Bu, biabırçılıq idi”.

YAP rəsmisi mitinqdə səslənən tələblərə də münasibət açıqlayıb: “Onlar kimdi ki hakimiyyət qarşısında tələb qoysunlar?! Tələbi yalnız real qüvvə, ictimai-siyasi həyata təsir edənlər irəli sürə bilər. Bunlar real qüvvə deyil axı. Milli Şuradakılar heç özlərinə tələb qoya bilmirlər. Tələb o zaman ola bilər ki, dövlətdə hər hansı bir nöqsan olsun. Hazırki dövrdə Azərbaycan hakimiyyətində hər şey qaydasındadır. Yanlış fəaliyyət göstərən insan dövlətin qarşısında tələb qoya bilməz. AXCP sədri Əli Kərimli qrant oğurlamaqla məşğul olub. Ona sual verin, 20 ildir heç bir yerdə işləmə-işləməyə necə dolanır? Əslində onlara fikir vermək düzgün deyil. Çünki onlar bizim üçün əhəmiyyətsizdilər”.

Qeyd edək ki, Milli Şura Yasamal rayonundakı İdman Sağlamlıq Kompeksinin stationunda mitinq keçirib. Mitinq ölkədəki son qiymət artımına etiraz əlaməti olaraq təşkil olunub.

Son xəbərlər

Orphus sistemi