Bakı. 2 may.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ilk növbədə ölkəyə gələn turistin kimliyi dəqiqləşdirilməlidir: “Dünyada baş verən proseslər hər kəsi narahat edir. Elə olur ki, 6-8 nəfər bir mənzildə yaşayır. Həmin mənzil sahibləri vergidən yayınmaq üçün o turistlərin qeydiyyatını aparmır. Bura gələn kimlərdir, biz bunu bilməliyik. Ölkədəki sabitliyi buna qurban vermək olmaz”.
S.Novruzov bəzi elanlarla bağlı da iradını bildirib: “Bəzən elanlara rast gəlirik: Halal hotel. Bu nə deməkdir? O biri hotellər haramdır? Yəqin ki, turist cəlb etmək üçündür”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə S.Novruzova cavab olaraq deyib ki, burada ciddi narahatlıq yoxdur, çünki həmin turistlər Dövlət Sərhəd Xidmətindən keçir, Dövlət Miqrasiya İdarəsində qeydiyyata düşürlər.