Siyavuş Novruzov Əli Kərimlini ittiham edib

Siyavuş Novruzov Əli Kərimlini ittiham edib “Vaxtilə ermənilər də İrəvandan Qorbaçova ümummilli lider Heydər Əliyev haqqında teleqram vururdu”
Daxili siyasət
6 Mart , 2015 13:37
Siyavuş Novruzov Əli Kərimlini ittiham edib

Bakı. 6 mart. REPORT.AZ/ “Azərbaycan ilk dəfə olaraq, I Avropa Oyunlarına ev sahibliyi edəcək. Məhz bu dövrdə dövlət əleyhinə çıxış edən qüvvələr, xüsusilə də ermənipərəst təşkilatlar daha aktiv olacaq”. “Report” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında Ombudsman Aparatının 2014-cü il üzrə illik məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, həmin qüvvələrin xarici ölkələrdə güclü lobbisinin olduğu hər kəsə məlumdur: “Reallığı qəbul etməliyik ki, dünyadakı insan hüquqlarının pozulması ilə bağlı məlumatlar məhz həmin təşkilatların hazırladığı hesabatlarda yer alır. Bu hesabat da dünya ictimaiyyətinin nəzərinə çatdırılır. Buna görə də kim insan hüquqlarının pozulması ilə bağlı material əldə etmək istəsə, onların hesabatına müraciət edirlər. Ona görə də Ombudsman öz nüfuzundan istifadə edərək həmin təşkilatların azad olunmasını istədikləri şəxslərin əfv olunması istiqamətində iş görsün ki, həmin beynəlxalq qüvvələr Oyunlar ərəfəsində hər hansı bir təxribata əl atmasınlar”.

YAP-çı deputat Siyavuş Novruzov isə bildirib ki, son vaxtlar bir qrup beynəlxalq təşkilatlar Azərbaycan haqqında olmazın şər-böhtan kampaniyasına başlayıb: “Həmin təşkilatlar erməni mənşəli olanları, qrant verib onlardan “şapka” aldıqları adamları müdafiə edir. Həmin şəxslərin içərisində sapı özümüzdən olan baltalar da var. Bu, AXCP sədri Əli Kərimli, onun ətrafında olan kriminal tör-töküntü və erməni fondlarından aldığı qrantlar hesabına saxladığı QHT-lərdir. Vaxtilə ermənilər də İrəvandan Qorbaçova ümummilli lider Heydər Əliyev haqqında teleqram vururdu. Qeyd etmək lazımdır ki, bu gün Mehriban xanım Əliyeva bir çox ölkələrdə Avropa Oyunlarının təqdimat mərasimini keçirir. Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir. Biz də bir işin ucundan yapışmalı və öz mövqeyimizi bildirməliyik”.

S.Novruzov eyni zamanda, həmkarı Qüdrət Həsənquliyevin səsləndirdiyi təklifi dəstəkləmədiyini və cinayətkarın vaxtından əvvəl azadlığa buraxılmasına qarşı çıxdığını deyib.

Son xəbərlər

Orphus sistemi