Siyavuş Novruzov: "Dünənki görüşdə Azərbaycanın müxtəlif taleyüklü məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı"

Siyavuş Novruzov: "Dünənki görüşdə Azərbaycanın müxtəlif taleyüklü məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı" "Bəzi qeyri-legitim siyasi partiyalar bu görüşlərə kölgə salmağa çalışırlar"
Daxili siyasət
13 Fevral , 2015 12:36
Siyavuş Novruzov: Dünənki görüşdə Azərbaycanın müxtəlif taleyüklü məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı

Bakı. 13 fevral. REPORT.AZ/ “Təəssüf ki, bəzi qeyri-legitim siyasi partiyalar, onların mətbu orqanları ayrı-ayrı qüvvələrə xidmət edərək Azərbaycanın dövlət maraqlarından deyil, digər qüvvələrin maraqlarını həyata keçirməklə siyasi partiyalarla keçirilən görüşlərə kölgə salmağa çalışırlar. Halbuki, dəfələrlə ATƏT-in, yaxud da başqa bir qurumun keçirdiyi görüşlərdə canfəşanlıqla iştirak edirlər”. “Report” xəbər verir ki, bunu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünən YAP, Prezident Administrasiyası və Azərbaycanda təmsil olunan siyasi partiyalar çox yaxşı görüş keçirib: “Bu da ictimaiyyət tərəfindən də müsbət qarşılandı. Azərbaycanı təmsil edən siyasi sistemin nümayəndələri bir araya gələrək, həm siyasi sistemin formalaşması, həm müxtəlif qanunlara əlavə və dəyişikliklərin olunması, eləcə də Azərbaycanın müxtəlif taleyüklü məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşlərin mütəmadi - iki aydan bir keçirilməsi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan dövlətinin, Prezidentinin, ölkəmizin hər bir işinin şəffaf şəkildə idarə olunmasının bariz nümunəsidir”.

Son xəbərlər

Orphus sistemi