​Siyavuş Novruzov: “Barak Obama Azərbaycandakı QHT-ləri tanımadan onlar haqqında çıxış etdi”

​Siyavuş Novruzov: “Barak Obama Azərbaycandakı QHT-ləri tanımadan onlar haqqında çıxış etdi” “Emin Milli özünə qeyri-milli deməlidir”
Daxili siyasət
28 Noyabr , 2014 14:15
​Siyavuş Novruzov: “Barak Obama Azərbaycandakı QHT-ləri tanımadan onlar haqqında çıxış etdi”

Bakı. 28 noyabr. REPORT.AZ/ “Görünən odur ki, kənar qüvvələr Azərbaycanda gedən inkişafı qəbul edə bilmir və bu da bir çoxlarını narahat edir. Dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ədalətsiz, demokratiya, insan haqlarına zidd şəkildə qərəzli qərarlar qəbul edilir”. “Report” xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Elələri də var ki, müdafiə etdikləri adamın kim olduğunu soruşsaq, onların heç ad-soyadını bilməyəcəklər. Təəssüf ki, bir qrup erməni lobbisinin təhriki nəticəsində bu kimi halları ardıcıl şəkildə hiss edirik. Bir müddət əvvəl ABŞ prezidenti Barak Obama QHT-lər haqqında çıxış etdi. Halbuki heç onları tanımır. Daha sonra Emin Milli Çexiyada tədbir keçirir. Məncə, o özünə qeyri-milli deməlidir. Sonra Gürcüstanda tədbir keçirdilər”, - deputat bildirib

Deputat Milli Məclisin sədrinə müraciət edərək deyib ki, Azərbaycan bu kimi insanlara qarşı ciddi şəkildə mübarizə aparmalıdır: “Onların təhrik etdiyi heç bir məsələyə getməməliyik. Hər dəfə onlara doğru addım atdıqca, onlar yaydıqları bəyanatları daha da sərtləşdirərək bir az da artıq üzərimizə gəlirlər. Hesab edirəm ki, heç bir dövlətin başqa dövlətin işinə qarışmağa ixtiyarı yoxdur. Bu hal Avropa qurumlarına da şamil edilir”.

Son xəbərlər

Orphus sistemi