Yuxarı

Siyavuş Novruzov: "Avropalılar şəffaf seçkinin necə keçirildiyini gəlib Azərbaycandan öyrənsinlər"

YAP icra katibinin müavini: Avropa Parlamentində oturan ermənipərəstlərlə bizim Milli Satqınlar Şurası birgə fəaliyyət göstərir

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər". 

“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib. 

Onun sözlərinə görə, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin 10-cu maddəsində yazılıb ki, Leyla və Arif Yunuslar Ermənistanla Azərbaycan gəncləri arasında münasibət yaratdıqlarına görə həbs olunublar: “Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik. Avropa Parlamentində oturan ermənipərəstlərlə bizim "Milli Satqınlar Şurası" birgə fəaliyyət göstərir. Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir "Milli Satqınlar Şurası"ndan başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Qrant aldıqları qüvvələrin sabah Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azərbaycandan öyrənsinlər. Onlar bilsinlər ki, Azərbaycanla iqtidarla xalq birdir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi