Yuxarı
    Bağlamaq

    Siyavuş Novruzov: “Müxalifət sosial bazası olmadığına görə mitinq keçirə bilmir”

    “Hakimiyyət aksiyada iştirak edənlərə heç bir təzyiq göstərmir”

    Bakı. 9 iyun. REPORT.AZ/ "Azərbaycanda müxalifətin mitinq keçirməməsinin səbəbi sosial baza və elektoratlarının olmamasıdır. Ən aktiv proseslər seçki dövründə olur. Ötən seçkilərdə şahidi olduq ki, heç bir partiya 300 nəfərdən artıq adam toplaya bilmir".

    Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

    O bildirib ki, mitinq keçirilməsi üçün şəhərin mərkəzində yer ayrılır, amma müxalifət aksiya keçirə bilmir: "Mitinq keçirilməsi üçün ayrılan yer əhalinin sıx yaşadığı məkandır. Bütün bunlara baxmayaraq, mitinqdə iştirak edən olmur. Yəni, sosial baza yoxdur, ona görə də müxtəlif bəhanələr gətirirlər".

    S.Novruzov qeyd edib ki, hakimiyyət aksiyada iştirak edənlərə heç bir təzyiq göstərmir: "Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam təmin olunur. Müxalifətin sosial bazası olmadığına görə bu cür bəhanələr gətirirlər. Mitinq keçirmək istəyənlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir. İcra hakimiyyəti də müvafiq yer ayırır. Bakı Şəhər Baş Polis İdarəsi də onların təhlükəsizliyini təmin edir".

    Xatırladaq ki, iyunun 8-də Müsavat Partiyasının başqanının müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu "Report"a açıqlamasında hazırda Milli Şuranın və Müsavat Partiyasının gündəmində aksiyaların keçirilməsinin olmadığını deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi