Siyasi partiyalardan birində yeni təyinatlar olub

Siyasi partiyalardan birində yeni təyinatlar olub Tural Abbaslı qərar imzalayıb
Daxili siyasət
5 Sentyabr , 2016 17:41
Siyasi partiyalardan birində yeni təyinatlar olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ağ Partiyada yeni təyinatlar olub.

"Report"un xəbərinə görə, partiya başqanı Tural Abbaslının imzaladığı qərarla Əhəd Məmmədli birinci müavin, Elşən Həsənov müavin, Rüfət Hacıbəyli Təşkilatı məsələlər üzrə müavin, Cavid Hacıbəyli müavin, Cavanşir Abbaslı isə partiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.

Qeyd edək ki, iyunun 26-da Vahid Azərbaycan Partiyasının qurultayı keçirilib. Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı sədr seçilib. Bundan əlavə, partiyanın adı dəyişdirilərək Ağ Partiya adlandırılıb. Partiya qurultayla bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, nazirlik sənədləri geri qaytarıb.

Son xəbərlər

Orphus sistemi