Yuxarı

Siyasi partiyalar illik maliyyə hesabatlarını MSK-ya hər il aprelin 1-dən gec olmayaraq təqdim etməlidirlər

“Mühasibat uçotu haqqında” qanunda dəyişiklik təsdiqlənib

Bakı. 15 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanununda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərmanla Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezidentinin aktlarının “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Eyni zamanda fərmanla “Mühasibat uçotu haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68; 2012, № 6, maddə 541; 2013, № 5, maddə 493) 2.1-ci bəndindən “, 14.6-cı (birinci cümlədə)” sözləri çıxarılıb.

“Mühasibat uçotu haqqında” qanunun 14.6-cı maddəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi