MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2018-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.
Daxili siyasət
23 Yanvar , 2019 12:32
MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
Report

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2018-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.

“Report” xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Artıq bir neçə partiya maliyyə hesabatını təqdim edib.

Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 46-sı 2017-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 9 partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib.

Son xəbərlər

Orphus sistemi