Şirvan şəhər icra hakimiyyətinin başçısı Azərbaycanda deyil

Şirvan şəhər icra hakimiyyətinin başçısı Azərbaycanda deyil Mərdan Camalov hazırda məzuniyyətdədir
Daxili siyasət
6 İyul , 2015 14:30
Şirvan şəhər icra hakimiyyətinin başçısı Azərbaycanda deyil

Bakı. 6 iyul. REPORT.AZ/ Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov hazırda Azərbaycanda deyil. 

Bu barədə "Report"a icra hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, icra hakimiyyətinin başçısı hazırda məzuniyyətdədir və ölkədən kənardadır: "Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımi tapşırıqlar verir. 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda partlayış baş verən əraziyə icra hakimiyyəti başçısının birinci müavini Samit Hacıyev gedib". 

Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. 

Qeyd edək ki, iyulun 6-da Telemexanika Zavodunda sexlərdən birində baş verən partlayış nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi