Şirvan bölgəsində Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib - VİDEO

Şirvan bölgəsində Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib - VİDEO Mingəçevir rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
Daxili siyasət
13 Dekabr , 2019 03:28
Şirvan bölgəsində Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib - VİDEO

Mingəçevir rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

“Report”un Şirvan bürosu xəbər verir ki, anım günü ilə əlaqədar Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanları, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin önündə ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.

Daha sonra Mərkəzdə ulu öndərin həyat və fəaliyyəini əks etdirən fotosərgi ilə tanış olub, ulu öndər haqqında filmi izləyiblər. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə verilən ehsan süfrəsindən öncə ulu öndərin ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.


***

Göyçay rayonunun çoxsaylı sakinləri - icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar və gənclər görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar keçirdikləri anım mərasimində Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

“Report”un Şirvan bürosu xəbər verir ki, səhər saatlarında insanlar Ulu Öndərin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Ehsan süfrəsi arxasında davam edən mərasimdə dahi insan Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib, Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən danışıb. Mərasimdə ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycan xalqının bu siyasəti yüksək dəyərləndirdiyini və Prezidentin ətrafında daha sıx birləşdiyini diqqətə çatdırıblar.


***

Görkəmli dövlət və siyasi xadim ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü İsmayıllı və Qəbələ rayonlarının ictimaiyyəti tərəfindən də ehtiramla yad edilib. Keçirilən anım mərasimlərində ulu öndərin hələ sağlığında ikən əfsanəyə çevrilən qüdrətli siyasi xadim, əvəzolunmaz lider olduğu diqqətə çatdırılıb.

Mərasimlərdə ümummilli liderin memarı olduğu müasir, müstəqil Azərbaycanın bu gün onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrildiyindən, işıqlı gələcəyə doğru inamla irəlilədiyindən iftixarla danışılıb.

Son xəbərlər

Orphus sistemi