Yuxarı

Şirvan Apellyasiya Məhkəməsinin sədri dəyişdiriləcək

Ali Məhkəməyə yeni hakim təyin ediləcək

Bakı. 28 aprel. REPORT.AZ/ Şirvan Apellyasiya Məhkəməsinin sədri Ali Məhkəmənin hakimi təyin ediləcək.

"Report"un məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 28-də keçirilən iclasında Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Şuranın təqdimatına əsasən Ali Məhkəmənin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimləri İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğlu yenidən əvvəlki vəzifələrinə təyin ediləcəklər. 

Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Əsgərov Qürbət Ağa oğlu Ali Məhkəmənin hakimi təyin ediləcək. Ali Məhkəmənin hakimi Ağayev Rəşadət Əhməd oğlu isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi