Şimal-qərb rayonlarında Anım Günü qeyd olunub

Şimal-qərb rayonlarında Anım Günü qeyd olunub Şimal-qərb bölgəsində 27 Sentyabr - Anım Günü qeyd olunub.
Daxili siyasət
27 Sentyabr , 2023 16:51
Şimal-qərb rayonlarında Anım Günü qeyd olunub

Azərbaycanın şimal-qərb rayonlarında 27 Sentyabr - Anım Günü qeyd olunub.

“Report”un şimal-qərb bürosunun məlumatına görə, Balakən, Zaqatala, Oğuz rayonlarında keçirilən anım mərasimlərində rayon icra hakimiyyətlərinin rəhbərləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlər Xiyabanında Birinci Qarabağ döyüşləri, Vətən müharibəsi, 2022-ci ilin sentyabr ayı və bu ilin 20 sentyabr tarixli lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül dəstələri düzülüb.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Son xəbərlər

Orphus sistemi