Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında 26 iyun - Silahlı Qüvvələr gününə həsr olunmuş növbəti "Nə? Harada? Nə zaman?" intellektual oyunu kecirilib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən "Report"a verilən məlumata görə, gənclər arasında təşkil olunmuş yarışa hər birində 8 - 10 nəfər olmaqla 36 komanda qatılıb.
Mübarizənin yekununda "SS Milçəyi" qalib olub. "Diamonds Are Forever" ikinci, "İstiqlal" isə üçüncü yeri tutub.
Baş İdarə və "Xəzər" İntellektual Gənclər Klubunun birgə təşkilatçılıq etdiyi yarışda suallar Azərbaycanın hərb tarixi, döyüş sənəti, qəhrəmanları, məntiq və s. sahələri əhatə edib. Qaliblər pandemiya ilə əlaqədar karantindən sonra təltif olunacaqlar.
