Yuxarı

Şeyxülislam Allahşükür Paşazadə: "İslam dinindən istifadə edib neqativ hadisələr törədən insanlar qınanmalıdır"

Azərbaycandan başqa ölkələrə gedib müxtəlif qruplara qoşulanlar var

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Azərbaycandan başqa ölkələrə gedib müxtəlif qruplara qoşulanlar var. Onlara başa salmaq lazımdır ki, addımları doğru deyil".

"Report"un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, İslam dinindən istifadə edib müxtəlif neqativ hadisələr törədən insanlar qınanmalıdır, çünki onlar başqa dövlətlərin təsiri altına düşürlər: "İslam dini adından istifadə edib mənfi işlər etmək olmaz. Dində qan tökmək haramdır".

Şeyxülislam Aşura günündə zəncirvurmanın düzgün olmadığını da qeyd edib: "Qanı hədər yerə axıtmaq olmaz".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi