Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar şəhidləri anılıb

Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar şəhidləri anılıb Bakı. 19 yanvar. REPORT.AZ/ AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. 
Daxili siyasət
19 Yanvar , 2018 17:24
Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar şəhidləri anılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. 

Bu barədə "Report"a RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib.

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə keçmiş SSRİ-nin "Alfa" qrupunun Bakıda törətdiyi amansız qırğınlar haqqında danışıb. Bu hadisənin xalqın qan yaddaşında hər zaman qalacağını bildirən baş direktor gənc nəslin təlim-tərbiyəsində Azərbaycan xalqının tarixinin tətbiq olunmasının zəruriliyini önə çəkib.

"Seysmologiya" şöbəsnin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli 20 Yanvar hadisələrinin iştirakçısı kimi həmin günlərdə Bakıda baş verən hadisədən, rus və ermənilərdən ibarət sovet əsgərlərinin törətdiyi qırğın və vəhşiliklərdən danışıb.

Baş direktorun müavini Ramiz İsgəndərov da çıxışında xalqın qan yaddaşının unudulmadığını bildirib. O həmçinin 1990-cı ilin yanvarında qırğınların Bakı ilə yanaşı Neftçala və Lənkəranda törədilməsindən danışıb.

Son xəbərlər

Orphus sistemi