Şərif Əsədullayev: “Azərbaycan insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlıdır”

Şərif Əsədullayev: “Azərbaycan insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlıdır” Bakıda Avropa Şurası və Azərbaycan DİN-in təşkilatçılığı ilə dəyirmi masa keçirilib
Daxili siyasət
10 Noyabr , 2015 10:24
Şərif Əsədullayev: “Azərbaycan insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlıdır”

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda Avropa Şurası və Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) təşkilatçılığı ilə Azərbaycanın Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının tələblərini yerinə yetirməsilə əlaqədar dəyirmi masa keçirilib.

“Report”un məlumatına görə, tədbirdə insan alverinə qarşı mübarizə üzrə səlahiyyətli 21 dövlət qurumundan 36 və vətəndaş cəmiyyətindən 4 nümayəndə iştirak edib.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev deyib ki, Azərbaycan insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlıdır.

Onun sözlərinə görə, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycan 10 ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirir.

O qeyd edib ki, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının Tərəflər Komitəsi Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İşçi Qrupunun və ixtisaslaşmış polis qurumunun təsis edilməsini, qanunvericiliyin, milli fəaliyyət planlarının, insan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizminin, onların müəyyən olunması üçün indikatorların qəbul olunması və təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması üzrə maarifləndirmə tədbirləri və təlimlərin keçirilməsini yüksək qiymətləndirib.

Dəyirmi masada çıxış edən Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Missiyasının rəhbəri İta Mirianaşvili deyib ki, bu görüşün keçirilməsində əsas məqsəd Avropa Şurasının Azərbaycan hökumətinə öz dəstəyini verməkdir. 

Son xəbərlər

Orphus sistemi