Sərdar Cəlaloğlunun namizəd olduğu dairədə 4 məntəqənin nəticəsi etibarsız sayıldı

Sərdar Cəlaloğlunun namizəd olduğu dairədə 4 məntəqənin nəticəsi etibarsız sayıldı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd Sərdar Məmmədovun (Cəlaloğlunun) müraciətinə baxılıb.
Daxili siyasət
227
24 Fevral , 2020 20:15
Sərdar Cəlaloğlunun namizəd olduğu dairədə 4 məntəqənin nəticəsi etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd Sərdar Məmmədovun (Cəlaloğlunun) müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 4 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 4 seçki ( 10, 19, 28 və 29 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Son xəbərlər

Orphus sistemi