​Sərdar Cəlaloğlu: "Qarabağ" blokunun yeni dönəmdə əvvəlki formatda qalmasına ehtiyac yoxdur"

​Sərdar Cəlaloğlu: "Qarabağ" blokunun yeni dönəmdə əvvəlki formatda qalmasına ehtiyac yoxdur" "Formal olaraq blokun buraxılmasını elan edə bilərik"
Daxili siyasət
11 Noyabr , 2015 17:28
​Sərdar Cəlaloğlu: Qarabağ blokunun yeni dönəmdə əvvəlki formatda qalmasına ehtiyac yoxdur

Bakı. 11 noyabr. REPORT.AZ/ "Düşünürəm ki, "Qarabağ" bloku vəzifəsini yerinə yetirib. Yəni, blokun yeni dönəmdə əvvəlki formatda qalmasına ehtiyac yoxdur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, blokda təmsil olunan Ümid Partiyası blokun gələcəyi ilə bağlı təşəbbüs göstərərsə, məsələ müzakirə olunar və müvafiq qərar verilə bilər: "Hələ ki, Ümid Partiyası bu məsələyə reaksiya verməyib. Əgər bu cür davam edəcəksə, blokun buraxılmasını elan edə bilərik. Sadəcə, blok dövlət qeydiyyatına alınmadığı üçün buraxılmanı rəsmiləşdirməyə ehtiyac yoxdur".

S.Cəlaloğlu qeyd edib ki, "Qarabağ" bloku buraxılacağı təqdirdə ADP Ümidlə başqa bloklarda, formatlarda əməkdaşlıq edə bilər: "Bu da təbii ki, Ümid Partiyasının mövqeyindən asılı olacaq".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə "Report"a açıqlamasında deyib ki, Qarabağ blokunun fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ ADP sədri Sərdar Cəlaloğlu ilə müzakirə ediləcək: "Ölkədə parlament seçkiləri keçirildiyindən, bu məsələ arxa plana keçmişdi. Azərbaycan Demokrat Partiyası bizim müttəfiqimizdir. Bizim o partiya ilə heç bir problemimiz yoxdur və bir yerdə olmaqdan məmnunuq".

Son xəbərlər

Orphus sistemi