Yuxarı

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa dəyişiklik edilib

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa dəyişiklik edilib. “Report”un xəbərinə görə, dəyişiklik layihəsi barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişiklik qanunun 10-cu maddəsində müvafiq icra hakimiyyəti orqanının qərarının toplantı iştirakçılarına çatdırılması ilə bağlıdır. Belə ki, mövcud qanundan istifadə etmək istəyən fiziki və ya hüquqi şəxs bununla bağlı müvafiq icra hakimiyyətinə xəbərdarlıq məktubu göndərir. Qanunun əvvəlki maddəsində 3 iş günü müddətində həmin məktuba cavab verilməsi nəzərdə tutulmuşdu. Lakin dəyişiklikdən sonra tədbirin keçirilməsinə 3 gün qalmış müvafiq icra hakimiyyətinin qərarı toplantı iştirakçılarına çatdırılmalıdır. “3 iş günü” ifadəsi “3 gün” ifadəsi ilə əvəz olunub. Bununla da müvafiq icra hakimiyyəti orqanının toplantının keçirilməsinə dair məktubu 3 iş günü ərzində deyil, 3 gün ərzində toplantının iştirakçılarına çatdırılacaq.

Qeyd edək ki, dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi