Şəmkirdə Xocalı faciəsinin qurbanları anılıb

Şəmkirdə Xocalı faciəsinin qurbanları anılıb Şəmkir rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Daxili siyasət
25 fevral 2023 11:05
Şəmkirdə Xocalı faciəsinin qurbanları anılıb

Şəmkir rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, anım tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və əməkdaşları, YAP Şəmkir Rayon Təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra Şəmkir Şəhidlər xiyabanında yerləşən Soyqırım Abidəsi və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Eyni zamanda, Xocalı şəhərində soyqırıma məruz qalanların xatirəsinə Şəhidlər xiyabanında ağaclar əkilib.

Son xəbərlər

Orphus sistemi