Yuxarı
    Bağlamaq

    Səməd Seyidov: "Bəzi qüvvələr insan haqlarından istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışırlar"

    “İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinə ləkə yaxmağa, fəaliyyətini dayandırmağa çalışırdılar

    Bakı. 1 iyun. REPORT.AZ/ “İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinə ləkə yaxmağa, fəaliyyətini dayandırmağa çalışırdılar". 

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun həmsədri Səməd Seyidov İşçi Qrupun dinləmələrində deyib.

    Onun sözlərinə görə, insan haqları qlobal problemdir: "Biz insan haqları məsələsinə diqqətlə yanaşırıq, bundan sonra da belə olacaq."

    S.Seyidov bildirib ki, bəzi qüvvələr insan haqlarından istifadə edərək Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar: “Amma Azərbaycanda aparılan siyasət, qanunun aliliyi onların iddialarını əllərindən alır. Ölkəmizdə insan haqlarının qorunması ilə bağlı mühüm addımlar atılır. Biz kiməsə xoş gəlmək üçün demokratik dəyərlərə qiymət vermirik. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də insan haqlarının qorunmasıdır. İnsan haqlarından - bu, ali dəyərdən istifadə edərək dövlətlərə təzyiq edilməməlidir”.

    O xatırladıb ki, 2015-ci il martın 15-də imzalanan əfv fərmanı ilə 101 nəfər, 2015-ci il dekabrın 28-də imzalanan əfv fərmanı ilə 210 nəfər, 2016-cı il martın 17-də imzalanan əfv fərmanı ilə isə 148 nəfər azadlığa buraxılıb: “Ümumilikdə əfv fərmanı ilə 459 nəfər azad edilib. Bu istiqamətdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunda təmsil olunan qeyri-hökumət təşkilatlarının işi təqdirəlayiqdir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi