Yuxarı
    Bağlamaq

    Səlim Müslümov Bakıda dəbdəbəli villasının olması ilə bağlı yayılan videoya münasibət bildirib

    Nazir: Bakıdakı bütün villalar mənimdir© Report.az

    Bakı. 7 dekabr. REPORT.AZ/ “Bakıdakı bütün villalar mənimdir. Kim istəyir şəkillərini çəksin və altından da dediklərimi yazsın”.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda dəbdəbəli villasının olması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.

    O, belə şər-böhtanlara baş qoşmadığını bildirib: “Biz öz işimizlə məşğuluq”. 

    Qeyd edək ki, üç gün əvvəl mətbuatda böyük və dəbdəbəli bir villanın videosu yayılıb. Tikintisi tam başa çatmamış həmin villanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus olduğu iddia edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi