Yuxarı

Fövqəladə Hallar Nazirliyinin səlahiyyəti artırılıb

İçərişəhərdə inşaat-təmir işləri aparan fiziki və hüquqi şəxslər arxeoloji tapıntı, yaxud abidə aşkar etdikdə, işləri dərhal dayandırmalıdırlar

Bakı. 22 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib.

"Report"un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edib.

Dəyişikliyə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonası Qoruq ətrafında müəyyən edilən əlavə tənzimləmə sahəsidir. Zonada inşaat-təmir işləri aparan fiziki və hüquqi şəxslər arxeoloji tapıntı, yaxud abidə aşkar etdikdə, işləri dərhal dayandırmalı, bu barədə Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verməlidirlər. Bu zaman tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir. Bu halda görülməsi nəzərdə tutulan işlər Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında FHN-in icazəsi ilə davam etdirilə bilər. Nazirliyə və idarəyə tədqiqat işləri barədə hesabat, abidə, əşya və ya başqa tapıntı aşkar edildikdə isə onun koordinatları və fotoşəkilləri təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi