Şəki şəhərində avtomobil yolunun tikintisinə 1,5 milyon manat ayrılıb

Şəki şəhərində avtomobil yolunun tikintisinə 1,5 milyon manat ayrılıb Prezident İlham Əliyev Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb
Daxili siyasət
30 Avqust , 2016 18:07
Şəki şəhərində avtomobil yolunun tikintisinə 1,5 milyon manat ayrılıb

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi