Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi məcburi köçkünlər tərəfindən anılıb - VİDEO

Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi məcburi köçkünlər tərəfindən anılıb - VİDEO Ağcabədi. 20 yanvar. REPORT.AZ/ Ağcabədi rayonunda məskunlaşan məcburi köçkünlər 20 Yanvar faciəsinin şəhidlərini anıblar.
Daxili siyasət
106
20 Yanvar , 2019 17:56
Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi məcburi köçkünlər tərəfindən anılıb - VİDEO

Ağcabədi. 20 yanvar. REPORT.AZ/ Ağcabədi rayonunda məskunlaşan məcburi köçkünlər 20 Yanvar faciəsinin şəhidlərini anıblar.

"Report"un yerli bürosu xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 yanvar 2019-cu il tarixdə qəsəbədəki Şəhidlərin xatirə kompleksi qarşısında geniş ümumrayon tədbiri keçirilib. Mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin ruhuna dualar oxunub. 

Şəhidlər Xatirə Kompleksi önünə rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən əklil qoyulmaqla, abidə ictimaiyyət nümayəndələri və rayon sakinləri tərəfindən ziyarət olunaraq, önünə tər qərənfillər düzülüb. Mərasimdə iştirak edən Laçından olan məcburi köçkünlər şəhidlərin xatirəsini ehtiramla yad ediblər.  

Son xəbərlər

Orphus sistemi