Yuxarı

Səfirlik: "Türkiyə, bu çətin günündə hər zaman olduğu kimi Azərbaycan dövlətinin və xalqının yanındadır "

Türkiyənin Azərbaycandakı səfirliyi Günəşli yatağında baş verən faciə ilə bağlı məlumat yayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi Günəşli yatağında baş verən faciə ilə bağlı məlumat yayıb.

"Report"un məlumatına görə, məlumatda deyilir: "Şiddətli qasırğanın Xəzər Dənizindəki Günəşli yatağının 10 saylı platformasında qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğına yol açdığını və meydana gələn yanğının insanların ölümü ilə nəticələndiyini dərin kədər hissi ilə öyrəndik.

Yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirik. Türkiyə, bu çətin günündə hər zaman olduğu kimi Azərbaycan dövlətinin və xalqının yanındadır və zəruri dəstəyi verməyə hazırdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi