Səfir: "Dağıdılmış evləri, yerlə bir edilən qəbiristanlıqları görəndə olduqca təsirləndim"

Səfir: "Dağıdılmış evləri, yerlə bir edilən qəbiristanlıqları görəndə olduqca təsirləndim" Bunu Andrey Ravkov Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib
Daxili siyasət
9 Fevral , 2021 16:54
Səfir: Dağıdılmış evləri, yerlə bir edilən qəbiristanlıqları görəndə olduqca təsirləndim

"Ötən həftə Xarici İşlər Nazirliyinin dəvəti ilə Cəbrayıl və Zəngilan rayonlarına səfərdə oldum. Azad olunmuş torpaqlarda müşahidə etdiyim dağıdılmış evlər, yerlə bir edilmiş qəbiristanlıqlar, məhv edilmiş təbiət mənzərələrindən olduqca təsirləndim".

"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

Səfir bunun dəhşətli, acınacaqlı olduğunu dilə gətirərək Azərbaycan dövlətinin qarşısında burada görüləcək çox işlərin olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi