Bakı. 30 avqust. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edəcək.
Dövlət Xidmətindən "Report"a verilən məlumata görə, qəbul sentyabrın 21-i saat 10:00-da xidmətin Şəki rayon şöbəsində keçiriləcək.
Görüşdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşların sentyabrın 18-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.