Sədr: "Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməlidir"

Sədr: "Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməlidir" Bakı. 10 noyabr. REPORT.AZ/ Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında göstərilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.
Daxili siyasət
10 Noyabr , 2018 18:39
Sədr: Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməlidir

Bakı. 10 noyabr. REPORT.AZ/ "Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında göstərilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər".

"Report"un məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

F.Abdullayev bildirib ki, bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ədalətlilik prinsipinə istinad edərək vurğulayıb ki, həmin prinsip inzibati xəta sayılan əmələ görə xəta törətmiş hər bir şəxsin qanun qarşısında məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir.

"Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən, hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.

Bununla da Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci, 12-ci və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.

Bu gün Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik dövlətin özünəməxsus və ayrılmaz atributu qismində çıxış etməklə, Konstitusiyanın müdafiə mexanizminin səmərəli vasitəsinə çevrilib. Digər dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Əsas Qanunun aliliyini təmin etməklə qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir və öz növbəsində hüquq sisteminin inkişafına yeni töhfələr verir", - deyə Fərhad Abdullayev bildirib.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, bu il Prezident İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 15 il ötür: "Dövlətimizin başçısı İlham Əliyevin müdrik idarəçiliyi ilə Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmaqla sürətlə və dayanıqlı inkişaf edir. Azərbaycanın dinamik inkişafı onu nəinki siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də qlobal mərkəzə çevirir. Dövlətimizin və xalqımızın maraqlarına xidmət edən siyasət və müasir idarəetmə üsullarının tətbiqi nəticəsində Azərbaycan dövləti daha da qüdrətlənmiş, ölkəmiz dünya miqyasında etibarlı tərəfdaşa çevrilib.

Ölkəmiz beynəlxalq miqyaslı tədbirlərə, beynəlxalq forumlara, dövlət başçılarının zirvə görüşlərinə, eyni zamanda, mötəbər humanitar və iqtisadi tədbirlərə, idman yarışlarına layiqincə ev sahibliyi edir. Bu tədbirlər Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliğinə əlverişli şərait yaradaraq, respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir. Müasir vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş sosial, siyasi islahatların davamlı şəkildə həyata keçirilməsi, həmçinin qanunvericilik bazasının günbəgün daha da təkmilləşdirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və digər çoxsaylı nailiyyətlər müasir Azərbaycan dövlətinin reallığıdır. Əlbəttə, bu inkişafın əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət dayanır".

Son xəbərlər

Orphus sistemi