MSK: Bələdiyyə seçkilərində iştirak etmək üçün 4 765 nəfər namizədliyini irəli sürüb

MSK: Bələdiyyə seçkilərində iştirak etmək üçün 4 765 nəfər namizədliyini irəli sürüb “Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 4 765 nəfər namizədliyini irəli sürüb”.
Daxili siyasət
28 oktyabr 2019 12:29
MSK: Bələdiyyə seçkilərində iştirak etmək üçün 4 765 nəfər namizədliyini irəli sürüb

“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 4 765 nəfər namizədliyini irəli sürüb”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov qeyd edib ki, bunların 65 faizi kişi, 35 faizi isə qadındır: “Bunların 80 faizi ali təhsillidir. Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək istəyən namizədlərə lazımi şərait yaradılıb”.

Son xəbərlər

Orphus sistemi