​“Azadlıq-2015”in Mərkəzi Seçki Qərargahının Fəaliyyət planı təsdiqlənib

​“Azadlıq-2015”in Mərkəzi Seçki Qərargahının Fəaliyyət planı təsdiqlənib İclasda siyasi partiyalarla məsləhətləşmələrin aparılması məqsədəuyğun sayılıb
Daxili siyasət
11 Mart , 2015 18:32
​“Azadlıq-2015”in Mərkəzi Seçki Qərargahının Fəaliyyət planı təsdiqlənib

Bakı. 11 mart. REPORT.AZ/ "Azadlıq-2015" Seçki Blokunun və blokun Mərkəzi Seçki Qərargahının birgə iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda qərarların icra vəziyyəti ilə bağlı məlumatlar nəzərə alınıb. Blokun Mərkəzi Seçki Qərargahının Fəaliyyət planı təsdiq edilib və bununla bağlı işçi qrupları yaradılıb.

İclasda seçki islahatları və siyasi islahatlara ortaq baxışın formalaşdırılması ilə bağlı növbəti görüşün keçirilməsi ilə əlaqədar siyasi partiyalarla məsləhətləşmələrin aparılması məqsədəuyğun sayılıb.

Qeyd edək iki, "Azadlıq-2015" Seçki Blokunda 8 partiya - Azərbaycan Xalq Partiyası (AXP), Böyük Azərbaycan Partiyası (BAP), Azad Demokratlar Partiyası (AzDP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Azadlıq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Aydınlar Partiyası təmsil olunur.

Son xəbərlər

Orphus sistemi