Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlanıb

Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlanıb Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.
Daxili siyasət
18 Yanvar , 2020 10:45
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlanıb
Report

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub. 

“Report” xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.

Onun sözlərinə görə, bu heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.

"Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb", - deyə MSK sədrinin müavini əlavə edib.

O bildirib ki, MSK-nın qərarı ilə şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi