Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda tədbirlərə başlanılıb

Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda tədbirlərə başlanılıb Azərbaycanda bu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramına əsasən ilk dəfə olaraq seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda beşgünlük regional seminar-müşavirələrə start verilib.
Daxili siyasət
12 Noyabr , 2019 13:36
Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda tədbirlərə başlanılıb
Report / Elchin Murad

Azərbaycanda bu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramına əsasən ilk dəfə olaraq seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda beşgünlük regional seminar-müşavirələrə start verilib.

"Report" xəbər verir ki, layihə çərçivəsində noyabrın 12-də Bakı şəhərində keçirilən ilk tədbir MSK sədri Məzahir Pənahov, Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşinin açılış nitqləri ilə başlayıb.

Müvafiq məhkəmə orqanları nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirə seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasına hədəflənib.

Tədbirin gündəliyinə uyğun olaraq, açılış nitqlərindən sonra seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin təmsilçiləri tərəfindən “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib və çıxışlar dinlənilib.

MSK-nın üzvləri, Komissiyanın aidiyyəti struktur bölmələrinin əməkdaşları və region üzrə dairə seçki komissiyaları sədrlərinin qatıldığı tədbirin yekununda seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, bu il bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi üçün çoxsaylı genişmiqyaslı maarifləndirmə layihələrindən biri kimi gerçəkləşdirilən seminar-müşavirələrin noyabrın 13-də Gəncədə, 14-də Şəkidə, 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında da keçirilməklə bütün seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi