Seçiciyə məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsinə başlanılıb

Seçiciyə məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsinə başlanılıb Bu gündən Milli Məclisə keçiriləcək seçkilərdə seçiciyə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılıb.
Daxili siyasət
16 Yanvar , 2020 13:26
Seçiciyə məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsinə başlanılıb

Bu gündən Milli Məclisə keçiriləcək seçkilərdə seçiciyə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılıb.

"Report" xəbər verir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçiciyə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə 2020-ci ilin yanvarın 16-dan başlayıb.

Vəsiqələrin verilməsi fevralın 6-dək davam edəcək.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi