Məntəqə sədri bildirib ki, qeydiyyatdan çıxarılan və vəfat edən seçici yoxdur.
Bu məntəqədə 50 seçici ilk dəfə səs verən gənclərdir
Daxili siyasət
23 dekabr 2014
10:41


Bakı. 23 dekabr. REPORT.AZ/ 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının (DSK) 19 saylı seçki məntəqəsində 1338 seçici qeydiyyata alınıb ki, bunun da 50 nəfəri ilk dəfə səs verən gənclərdir. "Report"un əməkdaşı xəbər verir ki, məntəqədə 7 müşahidəçi qeydiyyatdan keçib. Seçki məntəqəsinin sədri Yuliya Kərimova "Report"a bildirib ki, 4 nəfər seçicinin adları qeydiyyata alınmadığı üçün onlara sonradan seçki məcəlləsinin müddəalarına uyğun olaraq əlavə seçici bülleteni verilib.
Son xəbərlər
