Səbinə Əliyeva: "Ombudsman təsisatı hər kəsin hüquqlarının müdafiəsinə xidmət edir"

Səbinə Əliyeva: "Ombudsman təsisatı hər kəsin hüquqlarının müdafiəsinə xidmət edir" Ombudsman təsisatı funksional qurum olaraq öz işini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında həyata keçirir və cəmiyyətin bütün təbəqələrinə aid insanların bütövlükdə hər kəsin hüquqlarının müdafiəsinə xidmət edir.
Daxili siyasət
10 Dekabr , 2019 12:29
Səbinə Əliyeva: Ombudsman təsisatı hər kəsin hüquqlarının müdafiəsinə xidmət edir

"Ombudsman təsisatı funksional qurum olaraq öz işini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında həyata keçirir və cəmiyyətin bütün təbəqələrinə aid insanların bütövlükdə hər kəsin hüquqlarının müdafiəsinə xidmət edir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, Ombudsman ölkə Konstitusiyasına, milli qanunvericiliyə və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir:

"Azərbaycanın inkişafının müxtəlif mərhələlərində insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunması istiqamətində müvafiq dövrün prioritetlərinə və çağırışlarına uyğun belə sənədlər qəbul olunaraq uğurla icra olunub və hazırda bu proses müvəffəqiyyətlə davam etdirilir. Bütövlükdə, ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair qəbul edilmiş sənədlərdə Azərbaycanın insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub".

Son xəbərlər

Orphus sistemi