Səbinə Əliyeva: "Ermənistan ombudsmanı bir dəfə də olsun ölkəsində saxlanılan əsirlərimizə baş çəkmədi" 

Səbinə Əliyeva: "Ermənistan ombudsmanı bir dəfə də olsun ölkəsində saxlanılan əsirlərimizə baş çəkmədi"  "Hazırda məhkəmə açıq şəkildə keçirilib. Təqsirləndirilən şəxslər həm vəkillə, həm də tərcümə ilə təmin olunublar"
Daxili siyasət
174
2 İyun , 2021 12:08
Səbinə Əliyeva: Ermənistan ombudsmanı bir dəfə də olsun ölkəsində saxlanılan əsirlərimizə baş çəkmədi 
Səbinə Əliyeva

"Hazırda məhkəmə açıq şəkildə keçirilib. Təqsirləndirilən şəxslər həm vəkillə, həm də tərcümə ilə təmin olunublar. Yəni onların hüquqları təmin olunub".

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər -Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Xüsusi olaraq qeyd etmək istərdim ki, Ermənistan ombudsmanı bir dəfə də olsun Ermənistanda saxlanılan əsirlərimizə baş çəkmədi, onların vəziyyəti, göstərilən tibbi yardım və qidalanma ilə maraqlanmadı. Altı ilə yaxın bizim iki soydaşımız orada girovluqda saxlanıldı. Bu müddətdə bir dəfə də olsun onların vəziyyəti ilə maraqlanmadı. Əksinə, Ermənistanın ombudsmanı institutun fəlsəfəsinə tamamilə zidd olaraq yalnız siyasi çıxışlarla məşğul oldu", - Ombudsman bildirib.

Son xəbərlər

Orphus sistemi