Bakıda avtoxuliqanlıq edən xanım bir il sürücülük hüququndan məhrum edilib və cərimələnib

Bakıda avtoxuliqanlıq edən xanım bir il sürücülük hüququndan məhrum edilib və cərimələnib Bakının Səbail rayonunda avtoxuliqanlıq edən xanım sürücü saxlanılıb.
Daxili siyasət
1 Aprel , 2024 14:28
Bakıda avtoxuliqanlıq edən xanım bir il sürücülük hüququndan məhrum edilib və cərimələnib

Bakının Səbail rayonunda avtoxuliqanlıq edən xanım sürücü bir il sürücülük hüququndan məhrum edilib və cərimələnib.

Bu barədə "Report"a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, “BMW” markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub.

Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi