Saxta profillərdən istifadə etməklə böhtan atanların cəzalandırılması ilə bağlı layihə Milli Məclisə tövsiyə olunub

Saxta profillərdən istifadə etməklə böhtan atanların cəzalandırılması ilə bağlı layihə Milli Məclisə tövsiyə olunub Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub
Daxili siyasət
16 Noyabr , 2016 11:31
Saxta profillərdən istifadə etməklə böhtan atanların cəzalandırılması ilə bağlı layihə Milli Məclisə tövsiyə olunub

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək.

"Report" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir edənlər 1000 manatdan 1500 manatdək, və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihədə qeyd edilir ki, Azərbaycan Prezidentinin şərəf və ləyaqətini kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 500 manatdan 1000 manatadək cərimə və ya 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin hazırkı variantında bu cərimə yalnız Azərbaycan Prezidentinın şərəf və ləyaqətinin ləkələnməsi və ya alçaldılması kütləvi informasiya vasitəsi və kütləvi çıxışlarda edildiyi zaman tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi