Salyanda Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsinin qurbanlarının 31-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbiri keçirilib.
“Report”un Aran bürosunun məlumatına görə, anım tədbirində Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” xatirə kompleksini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əyiblər.
Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.