Salyan, Neftçala, Hacıqabul və İmişli rayonlarında Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
"Report"un Aran bürosunun məlumatına görə, hər dörd rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər zamanı ulu öndər Heydər Əliyevin qeyd olunan rayonların mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Ziyarətçilər ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Salyan rayonunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Report”un Aran bürosunun xəbərinə görə, mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, idarə, müəssisə və təşkilatın kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ulu öndərin şəhərin mərkəzində ucaldımış abidəsini ziyarət edib, önünə tər qərənfillər düzüblər, ehtiramlarını bildiriblər.



















